
Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.
525.az xəbər verir ki, bu barədə “Reuters” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, maliyyə naziri Lars Klinqbeyl müdafiə naziri Boris Pistorius ilə birlikdə parlament 2026-cı il büdcə layihəsini nəzərdən keçirərkən Ukraynaya dəstək üçün əlavə vəsait ayrılmasını təklif edəcək.
Bu vəsaitin artilleriya, dron və zirehli texnikaların alınması, eləcə də iki “Patriot” hava hücumundan müdafiə sisteminin dəyişdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Almaniya kansleri Fridrix Merts bu məqsədlər üçün əlavə vəsait ayrılması təklifini dəstəkləyib.
Pərvanə Sultanova



