
ABŞ-də əvvəlcədən bişirilmiş, qablaşdırılmış hazır makaron vasitəsilə ötürülən listeriya bakteriyaları səbəbindən altı nəfər ölüb və 25 nəfər xəstəxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyası (FDA) məlumat yayıb. Bildirilib ki, ölkə üzrə 18 ştatda listeriya halları qeydə alınıb. Bakteriyaya yoluxmuş 27 nəfərdən 25-i xəstəxanaya yerləşdirilib.
Listeriya epidemiyasına səbəb olan qablaşdırılmış makaron sağlamlıq riski səbəbindən bazardan geri çağırılıb.
İsgəndər Həsənov



