
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranı qəbul edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
“Bu görüşün bazar ertəsi Ağ Evdə baş tutacağını təsdiq edə bilərəm. Bu, Donald Trampın bütün dünyada sülhə nail olmaq üçün diplomatik səylərinin bir hissəsidir”, - Ağ Evin sözçüsü deyib.
Donald Tramp və Əhməd əl-Şara arasında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərin, xüsusilə də ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi məsələsinin müzakirə olunacağı gözlənilir.
İbrahim Cəfərov



