
Hindistanın Çhattisqarh əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.
525.az “Hindustan Times”a istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.
Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın görüntülərində sərnişin qatarının ön vaqonunun tamamilə dağıldığı görünür.
İsgəndər Həsənov



