
HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində daha bir israilli əsirin cəsədini Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu əsirin cəsədinin olduğu tabutu aldığını təsdiqləyib.
Cəsəd qəbul edildikdən sonra şəxsiyyətinin müəyyən edilməsi üçün Təl-Əvivdəki Əbu Kabir Ədliyyə İnstitutuna aparılıb. Əgər onun israilli əsir olduğu təsdiqlənərsə, Qəzza zolağında yalnız yeddi israilli əsirin cəsədi qalacaq.
Qeyd edək ki, oktyabrın 10-da Qəzzada qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, sağ qalan israilli əsirlərin təhvil verilməsindən sonra 28 israilli əsir cəsədi Qəzza zolağında qalmışdı.
İbrahim Cəfərov



