
Demokrat Partiyasının namizəd 34 yaşlı Uqanda əsilli müsəlman Zöhran Mamdani Nyu-York meri seçkilərində qalib gəlib.
525.az xəbər verir ki, o, səslərin təxminən 50,4%-ni toplayıb. Mamdanin rəqibləri keçmiş qubernator Endryü Kuomo (41,6 faiz) və respublikaçı Kertis Sliva (8,1 faiz) olub.
Seçicilərə müraciətində 1 yanvarda vəzifəsinin icrasına başlayacağını elan edib.
Onun sözlərinə görə, proqramının əsas məqsədi “yaşayış xərcləri böhranı” ilə mübarizə aparmaqdır. Buraya şəhərin ən varlı sakinlərinə vergi tətbiqi, kirayə haqqı artımının dondurulması, pulsuz və sürətli avtobuslarla təminat, 2030-cu ilə qədər minimum əmək haqqını hazırkı 16,50 dollardan saatda 30 dollara qaldırmaq, beş yaşdan kiçik bütün uşaqlar üçün pulsuz məktəbəqədər təhsil daxildir.
Pərvanə Sultanova



