
“Zəngəzur dəhlizi və Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi bir-biri ilə rəqabət aparmayacaq”.
525.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasından sonra jurnalistlərə bildirib.
“Hesab edirəm ki, hər iki yol təkcə hüquqi baxımdan mövcud olmaq deyil, həm də Azərbaycanı onun regionları ilə birləşdirmək və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratmaq üçün lazımdır”, - Şoyqu deyib.
O xatırladıb ki, Şimal-Cənub dəhlizi Cənub limanlarını Şimal Buzlu Okeanı və Şimal dəniz marşrutu ilə birləşdirir.
"Mən burada pis heç nə görmürəm, heç bir rəqabət yoxdur”, - Şoyqu vurğulayıb.
Əlavə edib ki, Rusiya yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsinə malik nəhəng ölkədir və istənilən yol həmişə yaxşıdır.
Pərvanə Sultanova



