
Bolqarıstan prezidenti Rumen Radev Rusiyanın "Lukoil" şirkətinin aktivlərinin ölkədə mümkün satışı şərtləri ilə bağlı parlamentin qəbul etdiyi investisiyalar haqqında qanun layihəsinə veto qoyub.
525.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Qəbul edilmiş düzəlişlərə əsasən, daşınmaz əmlak, müəyyən daşınar əmlak və “Lukoil” tərəfindən idarə olunan dörd şirkətin korporativ hüquqları ilə bağlı əməliyyatlar yalnız hökumətin qərarı ilə həyata keçirilə bilər.
“Lukoil” oktyabrın 27-də ABŞ-ın şirkətə və onun törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Pərvanə Sultanova



