
İtaliyada yeni doğulmuş körpənin qanında yüksək dozada kokain aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəribə hadisə Leççe şəhərindəki "Vito Fazzi" xəstəxanasında baş verib.
Həkimlər ananın da qanını yoxlayıblar. Amma orada narkotik maddənin izi tapılmayıb. Güman olunur ki, qadın doğuşdan bir xeyli əvvəl kokaindən istifadə edib.
Böyük insanların orqanizmi narkotik maddəni tez "əridir". Döl isə hərəkətsiz olduğu üçün narkotik maddələr orada uzun müddət qala bilər. Hər halda, həkimlər baş verən hadisəyə belə izah veriblər.
Qeyd edək ki, ana və uşağın təhlükəsizliyi üçün onlar evə buraxılmayıblar və bir müddət xəstəxanada həkim nəzarəti altında qalacaqlar.
L.Tağıyeva



