
Sudanda İl-76 hərbi-nəqiyyat təyyarəsi qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Qərbi Kardofan əyalətində, Babanus şəhəri yaxınlığında baş verib.
Yük daşıyan təyyarənin havada ikən sağ qanadı naməlum səbəbdən zədələnib və bu təyyarənin müvazinətini itirməsinə, eyni zamanda yanğına gətirib çıxarıb. Yerə çırpılan nəqliyyat vasitəsinin ekipaj üzvlərinin hamısı həlak olub.
Qeyd edək ki, Sudan silahlı qüvvələri təyyarənin qəzaya uğramasında qanunsuz silahlı birləşmələri günahlandırıb.
L.Tağıyeva



