
Dünən yerli vaxtla 20.45-də Bosniya və Herseqovinanın Tuzla şəhərindəki qocalar evində yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 11 nəfər həyatını itirib.
Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda 7-ci mərtəbədə baş verən yanğını söndürə biliblər. Bir neçə xilasedici də daxil olmaqla 30-a yaxın insan xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları nümayəndələrinin verdiyi məlumata görə, ölü sayının artma ehtimalı böyükdür.
Qeyd edək ki, yanğın baş verən yerdə hərəkət məhdudiyyətli qocalar məskunlaşmışdılar. Bu üzdən insan itkisi çox olub.
L.Tağıyeva



