
İtaliyada rəsmi səfərdə olan Fələstin prezidenti Mahmud Abbas katoliklərin mənəvi lideri Papa XIV Leo ilə görüşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, iki lider arasında görüş 26 iyun 2015-ci il tarixli hərtərəfli razılaşmanın 10-cu ildönümü münasibətilə keçirilib. Hansı ki, bu razılaşma Vatikanın Fələstin Dövlətini tanımasına səbəb olmuşdu.
Görüş zamanı tərəflər Qəzzaya yardım çatdırılmasının vacibliyini və iki dövlətli həll yolunu müzakirə ediblər.
Qeyd edək ki, Mahmud Abbas sabah İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Giorgia Meloni ilə ayrıca görüşəcək.
İbrahim Cəfərov



