
Filippində Kalmaegi tayfununun yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 114-ə çatıb.
525.az xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası məlumat yayıb.
Bildirilib ki, 82 nəfər yaralanıb, 127 nəfər isə itkin düşüb.
Ölümlərdən 71-i bütün yaşayış məntəqələrinin su altında qaldığı Cebu əyalətində qeydə alınıb. Negros Occidental əyalətində 18, Oriental əyalətində 12, Agusan del Sur əyalətində 6, Cənubi Leytedə 2 və Antique, Bohol, Capiz, İloilo və Leyte əyalətlərinin hər birində 1 ölüm hadisəsi olub.
Ölkə üzrə səkkiz bölgədə 5089 məhəllədə tayfundan ümumilikdə 1 951 546 nəfər zərər çəkib. Həmçinin bildirilib ki, 127 827 ailə 4933 evakuasiya mərkəzində sığınacaq tapıb.
Filippin prezidenti Ferdinand Markos ölkədə fövqəladə vəziyyət elan edib.
İbrahim Cəfərov



