
İndoneziyanın paytaxtı Cakartada məktəb kompleksinin içərisindəki məsciddə cümə namazı zamanı partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 54 nəfər yaralanıb.
Hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.
Polis rəisi Asep Edi Suheri yaralıların xəstəxanaya aparıldığını bildirib. O, partlayışın səbəbinin araşdırıldığını əlavə edib.
Yerli media ilkin araşdırma zamanı hadisə yerində terror fəaliyyətləri ilə əlaqəli jiletlər, odlu silahlar və bomba materialları da daxil olmaqla çoxsaylı əşyalar aşkar edildiyini yazıb.
İbrahim Cəfərov



