
ABŞ-ın 11 ştatı və Kentukki ştatının qubernatoru Endi Beşir yerli hökumətlərin fövqəladə hallar və terrorla mübarizə maliyyələşdirməsinə məhdudiyyətlər qoyduğu iddiası ilə Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.
525.az xəbər verir ki, Miçiqan, Oreqon və Arizona da daxil olmaqla 11 ştat, demokrat olan Kentukki qubernatoru Beşir ilə birlikdə Oreqon ştatının Eugene bölgə məhkəməsində Daxili Təhlükəsizlik Departamentinə (DHS) və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) qarşı iddia qaldırıb.
Ərizədə: “Tramp administrasiyası dəfələrlə FEMA-nın rolunu azaltmaq və fəlakətlərin idarə olunması yükünü ştatlara həvalə etmək istəyini ifadə edib. Bu da, uyğun olmayan bir fəlakət reaksiyası strukturu yaradır”, - deyə qeyd edilib.
Məhəmməd Tağıyev



