
Türkiyənin Muğla bölgəsində ağır yol qəzası baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fethiye bölgəsində şagirdləri daşıyan avtobusla yük maşını toqquşub. Nəticədə avtobusda olan 1 müəllim və 21 şagird yaralanıb.
Hadisə yerinə dərhal polis və tibb işçiləri cəlb olunub.
Yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov



