
Kiprin cənub-qərbində, Aralıq dənizi sahillərində 5,2 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 12:31-də qeydə alınan yeraltı təkanlar 15.46 km dərinlikdə baş verib.
Saat 12:36-da Kiprin Yunan Administrasiyasında 3,5 bal gücündə zəlzələ baş verib. Bu zəlzələnin dərinliyi 16.13 km olaraq qeydə alınıb.
Saat 12:41-də isə Kiprin cənub-qərbində, bu dəfə 4,8 bal gücündə zəlzələ baş verib. Bu zəlzələ 13.89 km dərinlikdə baş verib.
Ardıcıl üç zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.
İbrahim Cəfərov



