
Tanınmış türkiyəli müğənni Muazzez Abacı vəfat edib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 78-ci ad günündə dünyasını dəyişib.
Ötən həftə ABŞ-də qızı Saba Abacını ziyarət edərkən infarkt keçirən müğənni xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, bu gün vəfat edib.
Bu barədə müğənninin meneceri Taner Budak sosial şəbəkə hesabında paylaşım edib.
“Sənətçimiz Muazzez Abacını 78-ci ad günündə itirməyimiz böyük kədərdir. O, sevgisi, gülərüz sifəti, gözəl qəlbi ilə hər zaman xatırlanacaq”, - deyə T.Budak bildirib.
Tam adı Hicran Muazzez Abacı olan sənətçi 12 noyabr 1947-ci ildə Ankarada anadan olub. 1990-cı ildə çıxardığı "Vurğun" albomu ilə satış rekordu qırıb.
İbrahim Cəfərov



