
Filippini təsir altına alan Funq-vonq qasırğasının yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində onlarla insan həyatını itirib.
525.az “İnquirer News”a istinadən xəbər verir ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) Funq-vonq tayfunun səbəb olduğu fəlakətlər və qəzalarla bağlı açıqlama yayıb.
Qeyd olunub ki, qasırğanın yaratdığı sel və torpaq sürüşmələrində 27 nəfər ölüb, 36 nəfər yaralanıb, 2 nəfər isə itkin düşüb.
Qasırğa ölkənin 15 regionunda 2,4 milyondan çox insana ziyan vurub.
İbrahim Cəfərov



