
Qaziantepdə ildırım hərəkətdə olan sərnişinlərlə dolu tramvayı vurub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Pancarlı məhəlləsində, Burç-Adilye xəttində baş verib.
Sərnişinlərdən qısa zamanda təhlükəsiz əraziyə keçiblər. Zədələnmiş travmay xətdən çıxarıldıqdan sonra hərəkət bərpa edilib.
Qeyd edək ki, Büyükşehir Bələdiyyə başqanı Fatma Şahin sosial şəbəkə hesabında paylaşım edərək ildırımdan qoruma sistemi sayəsində sərnişinlərin xəsarət almadığını, tramvayın isə yüngül zədələndiyini bildirib.
L.Tağıyeva



