
Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olan hava pilotu, mayor Serdar Uslu və təyyarə texniki qərargah çavuşu Ramazan Yağız sabah dəfn olunacaqlar.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursadan olan hər iki hərbçinin qalıqlarının bu gün Türkiyəyə qaytarılması planlaşdırılır.

Paytaxt Ankarada keçiriləcək mərasimdən sonra şəhidlər məmləkətlərinə gətiriləcək və cənazə namazı qılındıqdan sonra torpağa tapşırılacaqlar. Serdar Uslu Yenişehir Şəhidlik qəbiristanlığında, Ramazan Yağız isə Çatalsöğüt Dəmircilər kənd qəbiristanlığında torpağa tapşırılacaq.
İsgəndər Həsənov



