
İsrail vəfat etmiş 15 fələstinli məhbusun cəsədini qarşı tərəfə təhvil verib.
525.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bundan əvvəl Baş nazir Binyamin Netanyahunun ofisi İsrailin daha bir girovun cəsədini aldığını açıqlayıb. Bu o deməkdir ki, fələstinlilər artıq 28 cəsəddən 25-ni geri qaytarıblar.
İsrail ilə HAMAS arasında Qəzza zolağında əldə edilmiş atəşkəs müqaviləsinin bir hissəsi olaraq, HAMAS hərəkatı 7 oktyabr 2023-cü ildən bəri Qəzzada saxlanılan bütün 20 girovu azad edib.
Pərvanə Sultanova



