
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Tamil Nadu ştatında qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza “Pilatus PC-7 Mk II” təlim təyyarəsinin adi missiya yerinə yetirdiyi zamanı baş verib. Xoşbəxtlikdən pilot qəzadan əvvəl təhlükəsiz şəkildə katapult edib.
Həmçinin bildirilib ki, təyyarənin qəzaya uğradığı ərazidə heç bir ziyan müşahidə edilməyib.
Qəzanın səbəbi ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



