
Çinin xarici işlər naziri Van Yi 19-22 noyabr tarixlərində Qırğızıstan, Özbəkistan və Tacikistana səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir üç ölkədən olan həmkarları ilə ayrı-ayrılıqda strateji dialoqlar aparacaq.
Səfər xarici işlər nazirləri Jeenbek Kulubayev (Qırğızıstan), Bəxtiyor Saidov (Özbəkistan), Sirociddin Muxriddinin (Tacikistan) dəvəti ilə həyata keçiriləcək.
Pərvanə Sultanova



