
Çin Dövlət Şurasının Baş naziri Li Çianq Rusiyaya səfər edib.
525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Baş nazir Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.
O, iki gün davam edəcək iclasa Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə qatılıb.
Pərvanə Sultanova



