
Konqo Demokratik Respublikasında sərnişin təyyarəsi qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolvezi hava limanına enən təyyarə hərəkət zolağından çıxaraq alışıb.
Hadisə dünən baş verib. Anqolanın paytaxtı Kinşasadan gələn "Airjet Angola" aviaşirkətinə məxsus "Embraer ERJ-145" təyyarəsi Kolvezi hava limanına eniş edərkən hərəkət zolağından kənara çıxıb. Az sonra təyyarədə yanğın başlayıb. Göyərtədə olan 20-dən çox insan vaxtında təxliyə edildiyindən, qəza itkisiz ötüşub.
Qeyd edək ki, qəza zamanı Konqo Demokratik Respublikasının dağ-mədən sənayesi naziri Lui Vatum Kamambo və nazirliyin nümayəndə heyəti təyyarədə imiş.
L.Tağıyeva



