
Nigeriyanın şimal-şərqində, Kebbi ştatının Maqa yaşayış məntəqəsində naməlum silahlı şəxslər qızlar məktəbinə hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən səhər saatlarındakı basqın zamanı 1 müəllim öldürülüb, mühafizəçi isə yaralanıb.
Basqınçılar yataqxanada məskunlaşmış 25 qızı əsir götürərək naməlum istiqamətdə uzaqlaşıblar.
Hadisə yerinə polislə yanaşı hərbi qüvvə də cəlb olunub. Cinayətkarların axtarışı davam edir.
Qeyd edək ki, Nigeriyanın şimalında bu tip hallarla tez-tez rastlaşılır. Silahlı birləşmə üzvləri şagirdləri əsir götürməklə ya onlara görə pul istəyir, ya da bu yolla hakimiyyətə təsir etməyə çalışırlar.
L.Tağıyeva



