
Yaponiyanın Fukuoka əyalətində tək mühərrikli pərvanəli təyyarə dağlıq əraziyə çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticədə 3 nəfər ölüb.
Yerli vaxtla səhər saat 10:13 radələrində Saqa hava limanından Osakanın Yao hava limanına üz tutan Cirrus SR20 təkmühərrikli təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra qəzaya uğrayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və axtarış-xilasetmə qrupları göndərilib, 3 nəfərin olduğu təyyarənin qalıqlarının tapılması üçün axtarış əməliyyatı başlayıb.
Hadisə yerinə Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) U-125 axtarış-xilasetmə təyyarəsi göndərilib.
Axtarışlar nəticəsində üç nəfər huşsuz vəziyyətdə tapılıb və daha sonra onların öldükləri müəyyənləşib.
Qəza ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov



