
İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 914-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın Milli Fəlakətlərə Qarşı Mübarizə Agentliyi ölkədə baş verən fəlakətlərlə bağlı son rəqəmləri açıqlayıb.
Bildirilib ki, güclü yağışlar nəticəsində yaranan daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 914 nəfərə çatıb ki, onlardan 359-u Açe, 329-u Şimali Sumatra və 226-sı Qərbi Sumatra bölgəsindəndir.
Bu bölgələrdə itkin düşmüş 389 nəfərin isə axtarışları davam etdirilir.
İbrahim Cəfərov



