
Avstraliyanın Yeni Cənubi Uels və Tasmaniya ştatlarında baş verən meşə yanğınları 39 evi külə çevirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bulahdelah bölgəsində 59 yaşlı yanğınsöndürən yanğınla mübarizə zamanı həlak olub.
Bildirilib ki, Yeni Cənubi Uels ştatında 52 müxtəlif bölgədə yanğınlar davam edir, bunlardan 9-u nəzarətdən çıxıb və 3500 hektar meşə sahəsi yanıb. Rəsmilər ştatda 20 evin külə döndüyünü və yanğınların yaxın günlərdə də davam edəcəyini bildiriblər.
Tasmaniya ştatında isə 19 ev kül olub. Qeyd olunub ki, qəsəbəyə gedən yollar hələ də bağlıdır və sakinlərin evə qayıtması təhlükəlidir.
İbrahim Cəfərov




