
ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun görüşünün tarixi dəqiqləşib.
525.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Netanyahu dekabrın 28-dən yanvarın 4-dək ABŞ-a rəsmi səfər edəcək. Səfər çərçivəsində Donald Tramp dekabrın 29-da Floridadakı Mar-a-Laqo malikanəsində Netanyahunu qəbul edəcək.
Tramp-Netanyahu görüşünün əsas müzakirə mövzusu Qəzzada atəşkəs rejiminin ikinci mərhələsinə keçid olacaq.
İbrahim Cəfərov



