
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana 2 günlük səfər edəcək.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kommunikasiyalar direktoru Burhanəddin Duran bildirib.
Onun sözlərinə görə, 11-12 dekabr tarixlərini əhatə edəcək səfərdə Türkiyə lideri “Beynəlxalq sülh və etimad ili”, Beynəlxalq Neytrallıq Günü və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edəcək. Forum zamanı Ərdoğanın çıxışı nəzərdə tutulub.
R.Ərdoğanın səfər çərçivəsində Aşqabadda dövlət və hökumət başçıları ilə görüşləri də nəzərdə tutulub.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putinin də “Beynəlxalq sülh və etimad ili”, Beynəlxalq Neytrallıq Günü və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak etmək üçün Aşqabada yollanacağı açıqlanıb.
İsgəndər Həsənov



