
ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkinninin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.
525.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Qeyd ounub ki, generalın səfərində məqsəd avqustun 8-də Ağ Evdə keçirilən Ermənistan-Azərbaycan sammitində əldə olunmuş razılaşmalara dəstək ifadə etməkdir.
ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir:
"Avropa Komandanlığı kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi və silahlı qüvvələrin modernləşdirilməsi də daxil olmaqla, davamlı sülhü təşviq edən ortaq məqsədlərə çatmaq üçün Ermənistan Daxili işlər və Müdafiə nazirlikləri ilə sıx əməkdaşlıq edir".
Qeyd edək ki, Kris Makkinin bundan əvvəl Azərbaycanda səfərdə olub.
Pərvanə Sultanova



