
Meksika Marko Giovanni Leyva Kontrerası Azərbaycanda hərbi attaşe təyin edib.
525.az xəbər verir ki, bu barədə Meksika səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.
“İqamətgahı Ankara şəhəri olmaqla, Meksikanın Azərbaycandakı hərbi attaşesi, Hərbi Hava Qüvvələrinin polkovniki Marko Giovanni Leyva Kontrerası salamlayırıq. Bu təyinat iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir”, - paylaşımda vurğulanıb.
Pərvanə Sultanova



