
Mərakeşin Asfi şəhərində daşqın və şiddətli tufan nəticəsində ölənlərin sayı 37-yə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin müxtəlif bölgələrində xeyli dağıntılara, insan tələfatına və nəqliyyatın hərəkətində fasilələrə səbəb olub.
Bəzi sahilyanı ərazilər sel suları altında qalıb, eləcə də bəzi rayonlara yağan güclü qar yaşayış məntəqələrinə girişi müvəqqəti olaraq kəsib.
Rəsmilər itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini, daşqından zərər çəkmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü, təbii fəlakətdən zərər çəkənlərə dəstək və yardım göstərmək üçün intensiv səfərbərliyin davam etdirildiyini bildirib.
İsgəndər Həsənov



