
Meksikanın paytaxtı Mexiko şəhəri yaxınlığında təyyarə qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 7 nəfər ölüb.
Bu barədə Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez bildirib. O qeyd edib ki, təcili eniş etməyə çalışan kiçik təyyarə Toluka Hava Limanından təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb.
Hernandezin sözlərinə görə, təyyarədə 8 sərnişin və 2 ekipaj üzvü olub, lakin indiyə qədər yalnız 7 cəsəd tapılıb.
Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.
İbrahim Cəfərov



