
“Ermənistanın NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var, lakin ona qoşulmaq ambisiyası yoxdur”.
525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici işlər üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan deyib.
“NATO-nun Ermənistanda olması mümkün deyil, çünki birincisi, Ermənistanın alyansa qoşulmaq ambisiyası yoxdur. Ölkənin NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var və bu, heç bir şəkildə NATO-nun Ermənistanda fiziki iştirakını nəzərdə tutmur”, - o bildirib.
Pərvanə Sultanova



