
“Rusiyanın TRIPP layihəsində mümkün iştirakı ilə bağlı heç bir müzakirə aparılmır”.
525.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Rusiyanın layihədə iştirak etməyə hazır olduğu barədə bəyanatı şərh edərkən bildirib.
O, Rusiyanın layihədə iştirakı ilə bağlı ABŞ-la danışıqların aparılması barədə suala cavabında deyib ki, belə müzakirələr aparılmır.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin rəhbəri Mixail Kalugin bildirib ki, Rusiya Ermənistanla TRIPP-in parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı məsləhətləşmələrə hazırdır.
Pərvanə Sultanova



