
Macarıstan Ukrayna ordusuna və dövlətinə maliyyə yardımı ayırmaq fikrində deyil.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyyarto bildirib.
"Biz macarlar xalqın pulundan 1 sent də Ukrayna xalqına xərcləməyəcəyik" - deyən nazir fikrini milli təhlükəsizliklərini qorumaq istəyilə əsaslandırıb.
Siyyartonun sözlərinə görə, ölkədə korrupsiya hökm sürür, ölkəni hərbi mafiya idarə edir və dövlətin gələcək taleyi qaranlıqdır.
L.Tağıyeva



