
Bu gün Bakı vaxtı ilə 15.47-də Kamçatkada 6,6 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Mərkəzinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatskdan 99 km cənub-şərqdə, 41 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat, həmçinin, sunami xəbərdarlığı barədə məlumat verilmir.
L.Tağıyeva



