
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb, 14 nəfər isə yaralanıb.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 395 nəfər həlak olub, dağıntılar altından 634 cəsəd çıxarılıb, 1088 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 70 699-a, yaralıların sayı isə 171 165 nəfərə çatıb.
İbrahim Cəfərov



