
Ekvadorun "Barselona" Futbol Klubunun müdafiəçisi Mario Pineyda öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Quayakil şəhərində baş verib.
2 nəfər naməlum şəxs motosikletlə Pineydaya yaxınlaşıb və odlu silahdan atəş açıb. Bu zaman həyat yoldaşı və anası da onunla birgə olublar. Nəticədə futbolçu və həyat yoldaşı hadisə yerində keçinib. Anası isə xəstəxanaya yerləşdirilib.
Yerli mətbuatın yazdığına görə, Pineyda bir neçə dəfə ölümlə hədələnməsi barədə polisə müraciət edibmiş.
Qeyd edək ki, tam adı Mario Alberto Pineyda Martines olan 33 yaşlı futbolçu 9 dəfə Ekvador millisinin formasını geyinib. Karyerası ərzində Ekvadorun "İndependyente del Valye" və "Barselona", həmçinin, Braziliyanın "Fluminense" komandalarının şərəfini qoruyub. "Barselona" ilə 2 dəfə ölkə, 2011-ci ildə gənclər arasında Cənubi Amerika çempionu olub.
L.Tağıyeva



