
Papua-Yeni Qvineyada 6.6 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Almaniya Geoloji Tədqiqat İnstitutu məlumat yayıb.
ABŞ Geoloji Tədqiqat Mərkəzinin yaydığı açıqlamada isə qeyd olunub ki, zəlzələnin episentri Qorokadan 42 kilometr şimal-şərqdə olub.
Təxminən 110 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Zəlzələ nəticəsində heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.
İsgəndər Həsənov



