
İndoneziyada dəhşətli qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cakartadan Yoqyakartaya gedən avtobus gecə yarısında idarəetməni itirərək Semarang şəhərində beton maneəyə çırpılıb və yan tərəfə aşıb.
Qəza nəticəsində 6 sərnişin hadisə yerində ölüb, 10 nəfər isə xəstəxanaya aparılarkən və ya hospitalda həyatını itirib.
Hazırda 18 yaralı xəstəxanada müalicə alır və onlardan 5-nin vəziyyəti ağırdır.
Qəza ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov



