
Moskvanın cənubunda, Yasenevaya küçəsində avtomobildə partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ağır xəsarət alan sürücü daha sonra xəstəxanada vəfat edib.
Ölən şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Təlim İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov olduğu müəyyənləşib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Səlahiyyətlilər hücumun məqsədyönlü sui-qəsd olub-olmadığını araşdırır.
İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko “RİA Novosti”yə açıqlamasında Fanil Sarvarovun aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişdiyini bildirib.
Partlayışın Ukrayna kəşfiyyatı tərəfindən təşkil edildiyi iddia olunur.
İbrahim Cəfərov



