
ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistanın 2026-cı ildə Mayamidə keçiriləcək G20-nin (Böyük İyirmilik) Zirvə toplantısına qonaq qismində dəvət olunacağını açıqlayıb.
525.az xəbər verir ki, bu barədə o, “Truth Social” şəbəkəsində paylaşım edib.
"Bu səhər Qazaxıstan prezidenti Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə əla söhbətim oldu. Davam edən münaqişələrdə sülhə nail olmağın vacibliyini, eləcə də ölkələrimiz arasında artan ticarət və əməkdaşlığı müzakirə etdik. Ölkələrimiz arasında münasibətlər əladır", - Tramp bildirib.
O əlavə edib ki, gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və hər iki lideri Mayamidəki bu mühüm tədbirdə qonaq kimi dəvət edəcəyik.
Pərvanə Sultanova



