
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus kiçik təyyarə Texas sahillərində qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub.
Meksika Hərbi Dəniz Qüvvələri qəzanın Texasın Qalveston sahillərində baş verdiyini təsdiqləyib. Açıqlamada qeyd olunub ki, təyyarənin göyərtəsində 4 Hərbi Dəniz Qüvvələri zabiti və 4 mülki şəxs olub. Onlardan 5-i həlak olub, 2 nəfər sağ qalıb, 1 nəfər isə itkin düşüb.
Təyyarənin xüsusi tibbi nəqliyyat vasitəsinin daşınmasına yönəlmiş humanitar missiya həyata keçirdiyi və tibbi müalicə üçün daşınan bir xəstənin ölənlər arasında olduğu qeyd edilib.
Xilasetmə əməliyyatları təyyarəni okeanda tapan ABŞ Sahil Mühafizəsi bölmələri tərəfindən həyata keçirilir.
İbrahim Cəfərov



