
Vatikan dövlətinin başçısı Papa XIV Leo Milad bayramını qeyd etmək üçün bütün dünyada, xüsusən də Rusiya-Ukrayna münaqişəsində 24 saatlıq atəşkəs elan etməyə çağırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Məni həqiqətən kədərləndirən şeylərdən biri Rusiyanın Milad atəşkəsindən imtina etməsidir. Bir daha bütün xoşməramlı insanlara müraciət edirəm: heç olmasa İsanın doğum günü qeyd edilən bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəs elan olunsun”, - deyə XIV Leo bildirib.
Yaxın Şərqdəki, xüsusən də Qəzzadakı vəziyyətlə bağlı suala cavab olaraq isə Papa deyib:
“Onlar hələ də çox kövrək bir vəziyyətin ortasında bayramı qeyd etməyə çalışırlar. Ümid edirik ki, sülh müqaviləsində irəliləyiş əldə ediləcək”.
İbrahim Cəfərov



