
Çinin cənub-şərqində, Şanxaydan təxminən 480 kilometr qərbdə yerləşən Pengze rayonunda ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bağça şagirdlərini daşıyan mikroavtobus gölə düşüb. Nəticədə uşaqlar və sürücü də daxil olmaqla 8 nəfər həlak olub.
Yerli mətbuat bağça müdirinin idarə etdiyi mikroavtobusun idarəetməni itirərək gölə düşməsini yazıb. Qəza baş verən yer kiçik gölməçələr və bir-birinə bağlı çaylarla əhatə olunmuş kənd ərazisidir. Qəza yağışlar səbəbindən sürüşkən olan yolun enişli hissəsində baş verib.
Qəza ilə bağlı araşdırma aparılır.
İbrahim Cəfərov



