
2025-ci ildə ABŞ höküməti Ukraynaya ayırdığı maliyyə yardımını kəskin azaldıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən illə müqayisədə azalma 77 dəfədən çoxdur.
Belə ki, əgər 2024-cü ildə Ukraynaya ayrılan maliyyə yardımı 45,7 milyard dollar idisə, bu il həmin rəqəm cəmi 580 milyon dollar olub.
Qeyd edək ki, gələn il ABŞ-nin Ukraynaya silah alınması üçün 400 milyon dollar ayırması nəzərdə tutulub. Bu rəqəmin 2027-ci il üçün dəyişməz qalacağı bildirilir.
L.Tağıyeva



